AZ

EPF Koalisiyası COP29-da Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirib (FOTO)

Bakı. Trend:

2024-cü il noyabrın 13-də COP29-da Yaşıl Zonada Milli QHT ForumuPavilyonunda "Environmental Protection First" Koalisiyası“Ermənistanın dağ-mədən fəaliyyətinin Cənubi Qafqazda ətraf mühitəekoloji təsirləri” mövzusunda yan tədbir keçirib.

Trend xəbərverir ki, koalisiyanın həmtəsisçisi, ETSN yanında İctimai Şuranınsədri Amin Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti dağ-mədənfəaliyyətinin ekoloji fəsadları mövzusunda hələ də susur, yerli vəxarici QHT-lərin müraciətlərinə cavab vermir. A.Məmmədov qeyd edibki, Ermənistan beynəlxalq ekoloji norma və standartlara məhəlqoymayaraq, dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdəAzərbaycan və beynəlxalq təşkilatların ekoloji monitorinqləraparılmasına şərait yaratmır.

Koalisiya üzvləri bir daha Ermənistanın dağ-mədən sənayesindəişləyən şirkətləri Ətraf Mühitin Qiymətləndirilməsi Sənədləriniictimailəşdirməyə çağırıb. Xüsusi vurğulanıb ki, bu sənədlərinictimaiyyətdən gizlədilməsi görünməmiş hadisədir.

Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimaiBirliyi 3 dildə - azərbaycan, ingilis və erməni dillərindəhazırlanmış “Ermənistanın mineral xammal resursları” adlı xəritəüzərində mövzunu auditoriyaya izah edib.

Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfiekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri MüqabilBayramov qeyd edib ki, xəritədən aydın görünür ki, Ermənistan ətrafmühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrinibilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə - AzərbaycanRespublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərəcəmləşdirib.

Tədbirdə Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyətidərhal dayandırmaq, beynəlxalq konvensiyalardan irəli gələnöhdəliklərini yerinə yetirmək tələb olunub.

EPF
EPF
Seçilən
25
11
az.trend.az

10Mənbələr