Avropa ölkələri ABŞ və Rusiyanın bütün Avropaya təsir edə biləcək danışıqlara təkbaşına getməsinə mane olmalıdır.
Publika.az xəbər verir ki, bu fikri fransalı diplomat və analitik Mişel Düklos "Le Monde" qəzetində bildirib.
“Biz təklif edirik ki, Avropanın aparıcı paytaxtları (xüsusən London, Paris, Berlin, Varşava və bəziləri) tez bir zamanda “anlaşma” strategiyası ilə razılaşsınlar. Məqsəd amerikalılara Avropanın nizamlanmaya töhfə verə biləcəyini və onun səsinin nəzərə alınmalı olduğunu nümayiş etdirməkdir”, - deyə materialda qeyd edilir.
Düklosun sözlərinə görə, Rusiya-ABŞ sazişinin bağlanmasına zəmanət verilmir, lakin Avropa istənilən ssenaridə çox şey itirə bilər.