AZ

Anqola ilə siyasi məsləhətləşmələr mexanizmi yaradılır

Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır.

NOCOMMENT.az  Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev ilə Anqola Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza ikitərəfli görüşdə Anlaşma Memorandumu imzalayıblar.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.

Seçilən
14
14
nocomment.az

10Mənbələr