AZ

Frenki de Yonq paltardəyişmə otağında niyə ağlayıb?

İspaniya La Liqasının 13-cü turunda səfərdə "Real Sosyedad"a uduzan (0:1) "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq matçın fasiləsində paltardəyişmə otağında ağlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.

Xəbərə görə, ilk yarıda xəsarət alan niderlandlı əvəzlənib və yenidən ciddi zədə ilə üz-üzə qaldığını düşündüyü üçün göz yaşlarını saxlaya bilməyib. Lakin tibbi müayinə zamanı de Yonqun topuğunda ciddi problem aşkarlanmayıb və o, Millətlər Liqasındakı matçlarına hazırlaşan Niderland millisinin düşərgəsinə yollanıb.

Xatırladaq ki, 2019-cu ildən "Barsa"nın formasını geyinən Frenki məhz topuğundakı ağır zədə səbəbindən 5 ay yaşıl meydanlardan kənarda qalmış, cari mövsümün əvvəlini də buraxmalı olmuşdu.

Nihat
 

Seçilən
42
fanat.az

1Mənbələr