AZ

Rusiyada "ölülərlə" kredit müqaviləsi bağlayıb milyonlarla pul ələ keçirildi

Rusiyanın Krasnoyarsk diyarında məhkəmə saxta kredit müqavilələrindən istifadə edərək ölülərdən milyonlarla rubl yığan Minusinsk sakinini 7 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2017-ci ildə bir nəfər internetdə Xakasiya və Krasnoyarsk diyarının vəfat etmiş sakinlərinin şəxsi məlumatları olan cədvəllər tapıb. O, ölülər haqqında məlumatları mütəmadi olaraq mərhumun hesablarında əmanətlərin olub-olmamasını yoxlamaq üçün tanıdığı bank əməkdaşına ötürüb.

Daha sonra məhkum saxta kredit müqavilələri hazırlayıb, məhkəməyə müraciət edərək, onun xeyrinə realda mövcud olmayan borclarını yığıb. Ümumilikdə o, on varisdən dörd milyon rubl (təxminən 69 min 600 manat) oğurlayıb.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (“Dələduzluq”) ilə təqsirli bilinib və cəzasını ümumi rejimli həbsxanada çəkəcək.

Seçilən
45
1
valyuta.az

2Mənbələr