AZ

COP29-a qatılan səyyah: Velosiped sürməklə karbon emissiyasını 50 faiz azalda bilərik

Velosipedçilər olaraq, velosiped sürməyin karbon emissiyalarını azaltmaq üçün çox yaxşı bir yol olduğunu xatırladırıq.

Bunu APA-ya açıqlamsında COP29 çərçivəsində Azərbaycana səyahət edən velosipedçi Guillaume Claude Jean Louis Otrage deyib.

O qeyd edib ki, piyada gəzmək və velosiped sürməklə karbon emissiyasını 50% azalda bilərik: “Bu, çox təsirli bir yoldur. Bir çox şəhərlər var ki, velosiped sürmə nəqliyyatın cəmi 1%-ni təşkil edir, lakin elə şəhərlər də var ki, 12% və ya 20% olur. Əslində şəhərlərdə velosiped sürmə faizi 10%-dən aşağı olmamalıdır”.

Digər iqlim fəalı Əli Abdo Elsayed isə qeyd edib ki, COP29-un təşkili heyrətamizdir: “Azərbaycan çox gözəldir. İnsanlar çox mehribandılar. Hələ şəhəri gəzməyə vaxtım olmayıb. Gəldiyimdən bəri COP29-da iştirak edirəm, amma inanıram ki, sabah və ya sonra şəhəri gəzmək və burada bəzi gözəl yerləri ziyarət etmək şansım olacaq”.

Seçilən
72
32
apa.az

10Mənbələr