FIFA matçın video dəstəyi sisteminin (FVS) sınaqlarını davam etdirməyi səbirsizliklə gözləyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə "ESPN"ə qurumun hakimlər komitəsinin sədri Pyerluici Kollina məlumat verib.
2025-ci ildə yeni sistemlə bir neçə turnirin keçirilməsi ilə bağlı qərarın dekabrın 2-də qəbul ediləcəyi gözlənilir.
FVS baş məşqçilər üçün nəzərdə tutulub, epizodları izləmə nəticələrinə əsasən, hər oyunda iki dəfə VAR-dan istifadəni tələb etmək hüququ var. Sistem daha əvvəl Sürixdə keçirilən FİFA Gənclər Turniri və qadınlar arasında gənclər arasında dünya çempionatında sınaqdan keçirilib.
Kollinanın fikrincə, FVS VAR-dan daha münasibdir, ona görə də ondan daha geniş istifadə oluna bilər.