AZ

AZPROMO: Azərbaycanın strateji investisiya məkanı kimi potensialı araşdırılmalıdır

Azərbaycanın strateji investisiya məkanı kimi potensialı araşdırılmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda agentliyin icraçı direktoru Yusif Abdullayev bildirib.

"Hər birinizi bu platformada təqdim olunan imkanlardan istifadə etməyə, mənalı tərəfdaşlıqlar qurmağa dəvət edirəm. Qlobal əməkdaşlıq sektorlar, regionlar və maraqlı tərəflər arasında körpü yaradır. Mən sizi davamlı inkişafa və iqlimə davamlılığına irimiqyaslı investisiyaları cəlb edəcək innovativ ittifaqların yaradılmasında fəal iştirak etməyə çağırıram", - deyə o qeyd edib.

Y. Abdullayev həmçinin deyib ki, Azərbaycan enerji istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmağı hədəfləyir: "Bu strateji öhdəliyə nail olmaq üçün biz beynəlxalq enerji şirkətləri ilə yaxın onillikdə daxili istehlak, iqtisadiyyatın karbonsuzlaşdırılması və ixrac üçün yaşıl enerji layihələrində əməkdaşlıq edirik. "bp", "Masdar", "Fortescue Future Industries", "ACWA Power", "China Gezhouba Group Overseas Investment" kimi etibarlı qlobal şirkətlərlə əsas müqavilələr imzalanıb, bir sıra layihələr artıq həyata keçirilir. Bu əməkdaşlıq Azərbaycanın sübut edilmiş hesabatlılığını və bu sənaye liderlərinin ölkəmizin investisiya mühitinə inamını vurğulayır. Bu cür nüfuzlu tərəfdaşların öhdəliyi təkcə bizim bərpa olunan enerji təşəbbüslərimizin cəlbediciliyini deyil, həm də dayanıqlı investisiyalar üçün təyinat yeri kimi etibarımızı artırır".

Seçilən
63
ikisahil.az

1Mənbələr