AZ

Qəzzanın şimalında daha 11 nəfər həlak olub - Yaralılar var

İsrail ordusu Qəzza zolağının şimalına bu gün növbəti zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza zolağının şimalında mülki əhalinin toplaşdığı ərazilər və iki evin vurulması nəticəsində ümumilikdə 11 nəfər həlak olub: "Onlardan biri biri uşaq, digəri qadın idi..."

Məlumata görə, hücum Cibaliya bölgəsində daha kəsərli olub: "Burada qırıcı təyyarə Nəsr adlı şəxsin ailəsinin yaşadığı evi bombalayıb. Nəticədə evdə olan 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Başqa bir evin bombalanması nəticəsində isə bir qadın və uşaq olmaqla, 3 nəfər öldürülüb..."

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
27
mia.az

1Mənbələr