AZ

“COP29-da əsas müzakirə mövzusu torpaq sağlamlığının inkişafı olmalıdır”- İngiltərəli iştirakçı

"Bu Azərbaycana ilk səfərimdir. Mən Böyük Britaniyadanam, Londonda yaşayıram. Hamı çox qonaqpərvərdir. Bakının mərkəzindəki Xalça Muzeyində COP29-la bağlı bir tədbirdə olduq, bu da gözəl bir təcrübə idi”.

Bu sözləri Bizim.Media-ya müsahibəsində COP29-un ingiltərəli iştirakçısı Henry Asplin deyib.

O, konfransda iştirak məqsədindən danışaraq bildirib ki, əsas diqqət torpaq sağlamlığıdır və bütün ölkələr bu mövzunun arxasında durmalıdır:

"Mən "Save Soil" (Torpağı Qoruma) Hərəkatındanam. Biz COP-da torpaq sağlamlığını bərpa etmək və inkişaf etdirmək üçün fermerlərin regenerativ kənd təsərrüfatı təcrübələrinə keçmələrinə dəstək olmaq məqsədilə daha çox iqlim maliyyəsinin fermerlərə yönləndirilməsini tələb edirik. Bu, vacibdir, çünki BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı deyir ki, 2050-ci ilə qədər torpağın üst qatının 90%-i tükənə bilər. Eyni zamanda, 10 milyardlıq dünya əhalisi üçün 60% daha çox ərzaq istehsal etməli olacağıq. Qarşılaşdığımız ərzaq böhranı təsəvvürə gəlməzdir. Torpaq sağlamlığını bərpa etmək və daha çox ərzaq istehsal etmək üçün kənd təsərrüfatı torpaqlarının ən böyük qoruyucuları olan fermerlərlə işləməliyik. Onları torpaq sağlamlığını inkişaf etdirə bilən regenerativ təcrübələrə keçirmək üçün iqlim maliyyəsi və maliyyə dəstəyi lazımdır. Azərbaycan hökumətinin fermerləri regenerativ kənd təsərrüfatına keçmələri üçün torpaq siyasətinə baxacağını ümid edirik".

 

Günay Şahmar, Bizim.Media

Seçilən
46
32
bizim.media

10Mənbələr