AZ

COP for Hope: COP29-un dünyaya mesajı: biz bir komandayıq, biz - bütün bəşəriyyətik – Ruanda nümayəndəsi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz: Ruandanın nümayəndəsi ProsperHabayomanadır.

COP29 çərçivəsində P.Habayomana Trend-ə bildirib ki, onlar inkişaf etmişölkələrin iqlim dəyişikliyindən ən çox zərər çəkən inkişaf etməkdəolan ölkələrə adaptasiya və ekoloji tarazlığın bərpası üçün dahaçox yardım göstərəcəyini gözləyirik.

“İnkişaf etməkdə olan ölkələrin problemi əsasən adaptasiya,düzgün infrastruktur, təmiz enerji ilə bağlıdır. İqlimdəyişikliyinin nəticələri ilə birbaşa əlaqəli olan səhiyyə,nəqliyyat və digər sahələrdə infrastrukturun maliyyələşdirilməsizəruridir. COP29-un dünyaya mesajı budur ki, burada coğrafiistiqamətlər, qlobal Şimal və ya Cənub yoxdur, biz bir komandayıq,biz – bütün bəşəriyyətik və indi bu məqsədlərə xidmət etməyə diqqətyetirməliyik.

Əlbəttə ki, müxtəlif prioritetlərimiz var, lakin hər şey nəzərəalınmalıdır, bu hamımıza lazımdır və burada eqoizmə yer yoxdur. Hərkəsi qane edəcək işləri görmək lazımdır. Mənim mesajım budur –gəlin iqlim məsələlərinin həllində hər kəsin konkret ehtiyaclarınınəzərdən keçirək”, – deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
49
2
az.trend.az

3Mənbələr