AZ

Britaniyanın sabiq baş naziri: Hökumətlər bütün biznesləri iqlim dəyişikliyi ilə mübarizədə təşviq etməlidir

"İqlim dəyişikliyi ilə mübarizədə uğurlu nəticələr üçün birlikdə irəliləyirik".

APA xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Teresa Mey Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.

Onun sözlərinə görə, bu COP üçün vacibdir:

"COP29 maliyyə məsələrinə həsr edilib. Ümumiyyətlə, iqlim dəyişikliyi ilə mübarizədə təşkil edilən bütün COP-ların önəmi böyükdür. Hökumətlər bütün biznesləri, insanları iqlim dəyişikliyi ilə mübarizədə məqsədlərə çatmaq üçün təşviq etməlidir".

Sabiq baş nazir bildirib ki, iqlim dəyişikliyi ilə bağlı məqsədlərə çatmaqla biz yalnız təbiəti xilas etmirik, eyni zamanda insanlığı da xilas edirik.

Mirvari Əzizova

Seçilən
31
4
apa.az

5Mənbələr