AZ

"Ayı pəncəsi əməliyyatı": ABŞ-də ermənilərin heyvan kostyumunda fırıldağının üstü açılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də ermənilərin ayı paltarı geyinərək sığorta şirkətlərindən 140 000 dollardan çox vəsaiti mənimsəməsi ilə bağlı misli görünməmiş fırıldaqçılığın üstü açılıb. "Ayı pəncəsi əməliyyatı" kod adı verilən istintaq həyasızlığı ilə heyrətləndirən fırıldaqçılıq sxemini aşkar edib.
Oxu.Az-ın "CBS News"a istinadən verdiyi məlumata görə, dələduzlar artıq həbs ediliblər.
Məlumata görə, sığorta şirkətlərindən biri yanvar ayında eyni yer üçün bir neçə iddia təqdim edildiyini aşkar etdikdən sonra müstəntiqlər hadisəni araşdırmağa başlayıblar.
İddiaçılar sığorta şirkətlərinə avtomobillərinin salonuna ziyan vuran "ayının" görüntülərini təqdim ediblər. Yaşayış binasının yaxınlığında eyni yerdə çəkilmiş və heyvanın avtomobillərin içərisinə girərək sürünməsini göstərməli olan bu videolar diqqətlə araşdırılıb. Məlum olub ki, kadrdakı heyvan əslində ayı kostyumu geyinmiş insandır.
Şübhələrinin əsaslı olduğuna əmin olmaq üçün müstəntiqlər Kaliforniya Vəhşi Təbiət Departamentinin bioloqlarından kömək istəyiblər. Mütəxəssislər saxta hücumları əks etdirən hər üç videoya baxaraq bunun aydın şəkildə ayı kostyumu geyinmiş insan olduğu qənaətinə gəliblər.
Müstəntiqlərin bildirdiyinə görə, sığorta şirkətlərini 140.000 dollardan çox məbləğdə aldadan iddialar 2010-cu il istehsalı "Rolls Royce Ghost", 2015-ci il istehsalı "Mercedes G63 AMG" və 2022-ci il istehsalı "Mercedes E350" üçün təqdim edilib.
Qlendeyl sakini Ruben Tamrazyan (26 yaş), Ararat Çirkinyan (39 yaş), Vahe Muradxanyan (32 yaş) və Valli-Villic sakini Alfiya Tsukerman (39 yaş) kimi müəyyən edilən dörd şübhəli şəxs Qlendeyl polisi və Kaliforniya yol patrul xidmətinin dəstəyi ilə həbs edilib.
Onların hər birinə sığorta dələduzluğu və sui-qəsd ittihamları irəli sürülüb. İş San-Bernardino dairə prokurorluğunun icraatındadır.
Seçilən
133
50
oxu.az

10Mənbələr