AZ

Paşinyan üzünü qırxmaqla xalqın diqqətini yayındırmağa çalışır – Erməni siyasətçi

Paşinyan üzünü qırxmaqla xalqın diqqətini parlamentdəki ifşalarından yayındırmağa çalışır. 

İnterpress.az xəbər verir ki, bu barədə Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin direktoru Ayk Xalatyan Facebook səhifəsində yazıb.

“Sosial şəbəkələr və Ermənistan mediası Paşinyanın təraşını və onun yeni/köhnə imicini müzakirə edir.

Mənə elə gəlir ki, bu təraşla Nikol səhər saatlarında parlamentdə İstiqlal Bəyannaməsi, ordu, Azərbaycanla sülh və s.-lə bağlı açıqlamalarından insanların və medianın diqqətini yayındırmağa çalışır.

Görünür, o və məsləhətçiləri səhər saatlarında ifşaların dozası ilə çox uzağa getdiklərini və müzakirələri başqa istiqamətə yönəltmək lazım olduğunu qərara alıblar.

Amma Ermənistan cəmiyyəti Paşinyanın təraş edilməsi ilə bağlı zarafatlar edərək, “niyə bığını qırxdın” yazır. Əsas məsələyə diqqət yetirmək lazımdır. Paşinyan inadla və ardıcıl olaraq Ermənistan daxilində Azərbaycanın tələblərini təbliğ edir.

İnsanları bu düşündürməlidir, Paşinyanın üzünü niyə qırxdığı yox…”, – Xalatyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
71
50
interpress.az

10Mənbələr