AZ

BMT: Nigeriyada aclıq çəkənlərin sayı 2025-ci ildə 33 milyon nəfərə çatacaq

Nigeriya 2024-cü ildə daşqınların ağır fəsadları ilə üzləşir və 2025-ci ildə ölkənin 220 milyonluq əhalisindən 33 milyonu aclıq çəkə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Nigeriyadakı missiyasının məlumatlarına istinadən “Ecofin Agency” məlumat yayıb.

Qeyd olunub ki, daşqınlar infrastruktur obyektlərini yox edib, zərər çəkmiş ərazilərdən əhalinin kütləvi köçünə səbəb olub və 855 min ton ərzaq məhsullarının məhv olmasına gətirib çıxarıb.

Ümumilikdə, ölkə kəskin ərzaq böhranı ilə üzləşib və təşkilatın proqnozlarına görə, 2025-ci ilin ikinci yarısında aclıq çəkənlərin sayı 33 milyon nəfərə çata bilər.

Daşqınlarla yanaşı, Nigeriyanın şimal-şərqində 15 illik silahlı münaqişə vəziyyəti daha da ağırlaşdırır. BMT-nin məlumatına görə, artıq 25 milyon nigeriyalı təcili yardıma ehtiyac duyur ki, onlardan 5 milyonu Borno, Adamava və Yobe ştatlarındadır. Həssas qrupların daha çox əziyyət çəkdiyi bildirilir – 5,4 milyon uşaq və 800 min hamilə qadın kəskin qida çatışmazlığından əziyyət çəkir.

Qeyd edək ki, Nigeriya hökuməti bu yaxınlarda hazırkı çətin dövrdə əhaliyə yardım göstərmək məqsədilə infrastrukturun yaxşılaşdırılması və sosial proqramların maliyyələşdirilməsinə 5,4 trilyon naira (3,2 milyard dollar) sərmayə qoyacağını elan edib

Seçilən
42
4
operativmedia.az

5Mənbələr