AZ

BMT Baş katibinin köməkçisi Prezidentin xüsusi nümayəndəsi və ANAMA-nın sədri ilə mina problemini müzakirə edib

BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin rəsmisi sosial şəbəkədə bildirib.

“Səfir Elçin Əmirbəyova COP29 çərçivəsində gözəl görüş üçün təşəkkür edirəm. BMTİP Karbonun Açıqlanması Layihəsinin (CPD) hazırlanması, habelə yaşıl keçid və minalarla mübarizə planlarının vaxtında müzakirəsi aparılıb”, – dünya təşkilatının nümayəndəsi qeyd edib.

Eyni zamanda, ANAMA İH-in sədri ilə görüşə toxunan Jivkoviç “birlikdə Azərbaycanda və dünyada daha təhlükəsiz, minasız gələcək üçün mina əleyhinə fəaliyyətdə innovasiyaları inkişaf etdirdiklərini” vurğulayıb.

Seçilən
66
6
report.az

10Mənbələr