AZ

Qadın sahibkara qarşı dələduzluq edən “Saloğlu”nun sürücüsünə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Yusif Əmirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə ona 1 il m ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Yusif Əmirov Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Ər-Riyad” ticarət mərkəzindəki “Saloğlu” mebel mağazasında sürücü işləyib. O, tanışı zərərçəkmiş Natəvan Həsənovaya (soyadı şərti) tanışına məxsus bağlanmaqda olan mağazanın maya dəyərindən aşağı qiymətə satışa çıxardığı pərdə və lüstr məhsullarını ucuz qiymətə alaraq baha qiymətə satıb qazanc əldə etmək barədə yalan vəd verib. Təqsirləndirilən şəxs bu məqsədlə qadından zərərçəkmişin öz pərdə-tül mağazasında 15 iyun 2020-ci il və 18 iyun 2020-ci il tarixlərdə hər dəfə 5000 manat olmaqla, ümumilikdə 10 000 manat məbləğində pulu alaraq dələduzluq edib.

 

İstintaq dövründə Yusif Əmirov Natəvan Həsənovaya dəymiş ziyanı tam ödəyib. Qadın isə məhkəmədə ondan şikayətçi olmadığını bildirib. 

 

Kamal Məmmədov

 

Tarix: 15 Noyabr 2024, 09:00   
Seçilən
77
pravda.az

1Mənbələr