AZ

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,9 faiz artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 104,4 faiz əməl edilib.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9 faiz artıb.

Ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorunun, 32,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Seçilən
18
6
vergiler.az

7Mənbələr