AZ

Tacikistan yaxın 2 il ərzində 1500 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikəcək

Bakı. Trend:

Tacikistan yaxın 24 ay ərzində 1500 meqavat gücündə günəş vəkülək elektrik stansiyaları tikəcək.

Trend xəbər verir ki, bunuTacikistanın energetika və su resursları naziri Daler Cuma COP29çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda deyib.

“2030-cu ilə qədər Tacikistan hidroelektrik enerjisinin üstünlüktəşkil etdiyi enerji istehsal gücünü cari 6 gigavatdan 10 gigavataqədər artırmağı planlaşdırır. Bundan əlavə, istehsal olunanenerjinin 10 faizinin hidroenerjidən asılı olmayan mənbələrdən,yəni günəş və külək enerjisindən təmin edilməsi nəzərdə tutulur.Bunun üçün yaxın 24 ay ərzində ümumi gücü 1500 meqavat olan günəşvə külək elektrik stansiyalarını inşa etmək öhdəliyini üzərimizəgötürdük”, – deyə o bildirib.

D.Cuma vurğulayıb ki, Tacikistan 2032-ci ilədək tamamilə "yaşıl"enerji istifadəsinə keçməyi öhdəsinə götürüb.

“Hal-hazırda biz 98 faiz səviyyəsinə çatmışıq. Bundan əlavə,2037-ci ilə qədər iqtisadiyyatımız da tamamilə "yaşıl" olacaq”, –deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
44
az.trend.az

1Mənbələr