AZ

İqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı stastika 2023-cü ildə rekord həddə çatıb

Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir.

“İki sahil” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı stastika 2023-cü ildə rekord həddə çatıb, orta temperatur 1.5 dərəcəyə yaxınlaşıb:

"Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq. Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekoloji sahədə bir-birilərinə qarşı maneələr yaradırlar".

Nazir müavini bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8 milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların 20 %-dir:

"İqlim layihələri üçün birgə çalışmaq "onurğa sütunu"dur. Hüquq-mühafizənin gücləndirilməsi ilə daha da səmərəli mübarizə aparmağı vacib edir".

Seçilən
84
4
ikisahil.az

2Mənbələr