AZ

COP29-da İqlim və Sülh paneli – FOTO

Noyabrın 15-də Bakıda Azərbaycanın COP29 sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclası keçirilir.

Vətəninfo.az xəbər verir ki, tədbirdə COP29-un Sədrliyinin iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüsləri, eləcə də İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası, həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükələrin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən “Bakı İqlim üçün Sülh Çağırışı” ilə bağlı müzakirələr aparılıb.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniyan və Uqanda nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın səylərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Eyni zamanda, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Bildirilib ki, Bakının bu çağırışı intensiv əməkdaşlıq tələb edir. Buna töhfə vermək üçün hər kəsi səyləri birləşdirməyə çağırıblar. Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki işlərdə həqiqətən də irəliləyişlərə nail olub.

Diqqətə çatdırılıb ki, sülhü təmin etmək üçün bu gün iqlimlə bağlı məsələlərə maliyyənin yönləndirilməsi olduqca vacibdir. İqlim təhlükəsizliyinin təmin edilməsi Afrikadan başlayır. Yerli aktorlarla, müxtəlif tərəfdaşlarla əməkdaşlıq şəraitində işləmək lazımdır.

İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh Azərbaycanın əsas prioritetidir. Nazir qeyd edib ki, iqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi də gücləndirir, su qıtlığını və torpağın deqradasiyasını sürətləndirir. Bunlar da öz növbəsində miqrasiyaya aparır. İqlim dəyişikliyinin yaratdığı fəlakətlər qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynayır. Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlığa və inkişafa zərər gətirəcək. Ceyhun Bayramov, eyni zamanda, əlavə edib ki, 2021-ci ilə qədər 355 milyon ev təsərrüfatı, təxminən 1,3 milyard insan iqlim təhlükələrinə məruz qalıb. Beş yüz milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdədir. Ən həssas təbəqənin artan səsinə cavab olaraq, COP29 sədrliyi son bir neçə ay ərzində iqlim və sülh əlaqəsi üzrə birgə fəaliyyəti gücləndirmək üçün beynəlxalq səylərə rəhbərlik edir.

Tədbirdə davamlı sülh üçün birgə fəaliyyətin əhəmiyyətinə toxunulub və Azərbaycan Sədrliyinin irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

İclas mövzu ətrafında müzakirələrlə davam edir.

Seçilən
45
8
veteninfo.az

10Mənbələr