SEPAH-ın Qüds qüvvələrinin Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində silahlı qruplaşmalara qarşı keçirdiyi əməliyyat nəticəsində 3 SEPAH və 4 silahlı qruplaşma üzvü öldürülüb.
Bu barədə SEPAH-ın Quru Qoşunlarının Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı 6 silahlı şəxs həbs edilib, onlardan silah v sursat götürülüb.
Etnik bəlucların silahlı təşkilatı "Ceyş əl-Ədl" qarşıdurma ilə yaydığı bəyanatda atışma zamanı SEPAH-ın mülki şəxsləri də hədəf aldığını bildirib.
Qeyd edək ki, SEPAH-ın əməliyyatları oktyabrın 26-da Sistan və Bəlucistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində 10 polis əməkdaşının həlak olmasından sonra başlayıb.
visiontv.az