AZ

Daha bir ulduz "Qalatasaray"dan ayrılır

Türkiyənin "Qalatasaray" klubunda daha bir ayrılıq yaşana bilər.

"Cebheinfo.az" xəbər verir ki, Kərəm Dəmirbay "Cim-Bom"dan ayrılmaq istəyir. O, Qabriel Sara transferindən sonra əsas heyətdə oynaya bilmədiyi üçün bu qərarı verib. Hətta istəyini baş məşqçi Okan Buruka da deyib. 

31 yaşlı futbolçu yenidən Almaniyaya qayıtmağı düşünür. Artıq yarımmüdafiəçisi ilə alman və ərəb komandalarının maraqlandığı iddia olunur. Qeyd edək ki, Kərəm Dəmirbay "Qalatasaray"da meydana çıxdığı 57 matçda 7 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi var. 

Seçilən
55
cebheinfo.az

1Mənbələr