AZ

Türkiyədə zəlzələ olub

Malatyanın Doğanşehir rayonunda saat 10:46-da 4,9 bal gücündə zəlzələ baş verib.

Busaat.az xəbər verir ki, AFAD-ın internet saytında yer alan məlumata görə, saat 10:46-da mərkəz üssü Doğanşehir olan 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Malatya valisi Seddar Yavuz, sosial media hesabında etdiyi açıqlamada, “Doğanşehirdə baş verən zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun diləyimi çatdırıram. Hazırda hər hansı bir mənfi hadisə qeydə alınmayıb.” sözlərini bildirib.

Zeyd Bağırzadə
Seçilən
40
50
busaat.az

10Mənbələr