AZ

Əfran İsmayılov: "Əgər qol vurmağı düşünmürüksə..."

“Sabah bizi ağır oyun gözləyir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov bildirib.

O, Azərbaycan millisinin Millətlər Liqasının V turunda Estoniya ilə qarşılaşmasını şərh edib. İsmayılov bildirib ki, sabahkı matçda qələbə qazanmaq lazımdır: “Əgər qol vurmağı düşünmürüksə, C liqasına düşəcəyik. Təbii ki, heç-heçə də bizə sərf etmir. Ən azından iki qol vurmalıyıq ki, öz yerimizi qoruyaq. Qalib gələ biləcəyimiz bir rəqibdir. Evdə oynadığımız üçün şansımız var. Hər kəs qələbə gözləyir. Sabah mütləq qalibiyyət əldə olunmalıdır. Əgər belə hal yaşanmasa, deməli, hələ də problemlər var. Hər bir məşqçiyə zaman verilir”.

Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da saat 18:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
58
idman.biz

1Mənbələr