AZ

COP29-da ESG prinsiplərinin ARDNF-nin investisiya strategiyasına inteqrasiyası müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) COP29çərçivəsində ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsiplərininFondun investisiya portfelinə inteqrasiyası mövzusunda tədbirtəşkil edib.

Trend xəbər verir ki, bu günMavi zonada keçirilən tədbirə ARDNF-nin İcraçı direktorunun müaviniBəhruz Bəhramovun açılış nitqi ilə start verilib.

"Biz ESG prinsiplərini investisiya strategiyamızın ayrılmazhissəsi kimi qəbul edir və bu yanaşma ilə gələcək nəsillər üçündayanıqlı dəyər yaratmağı hədəfləyirik," —Bəhruz Bəhramov bildirib."Məsuliyyətli investisiyalar vasitəsilə həm iqtisadi inkişafı, həmdə sosial və ekoloji tərəqqini təmin etmək bizim əsasprioritetlərimizdən biridir."

Tədbirdə ARDNF-nin dayanıqlılıq üzrə mütəxəssisləri - NigarƏzizova, Alternativ investisiyalar üzrə baş təhlilçi və ƏliHüseynov, Alternativ risklər üzrə təhlilçi təqdimatla çıxışediblər. Onlar ESG prinsiplərinin ARDNF-nin səhmlər və daşınmazəmlak portfellərində tətbiq edilmə səbəblərinə dair dərin təhliltəqdim edərək, bu istiqamətdə indiyə qədər atılmış əsas addımlarhaqqında tədbir iştirakçılarını məlumatlandırıb, o cümlədən iqlimdəyişikliyi və sosial bərabərsizlik kimi kritik problemlərin həllivə davamlı inkişaf yollarının müəyyənləşdirilməsi istiqamətindəARDNF-nin yanaşmasını izah ediblər.

Bu tədbir vasitəsilə ARDNF, ESG prinsiplərini investisiyastrategiyasının mərkəzinə yerləşdirərək, dayanıqlı və iqtisadicəhətdən sağlam bir gələcəyin formalaşdırılmasında məsuliyyətini vərolunu vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
Seçilən
75
3
az.trend.az

4Mənbələr