AZ

Naxçıvanda smart-kart tipli elektrik sayğaclarının sayı artıb

Naxçıvan Muxtar Respublikasının Babək, Şərur və Culfa şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların quraşdırılması işləri sürətləndirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, hazırda bu tip sayğacların ümumi sayı 32 min 502-yə çatıb. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində muxtar respublika üzrə 1574 sayğac yenisi ilə əvəzlənib. Əlavə olaraq 1022 yeni sayğac quraşdırılıb ki, bunlardan 373-ü smart-kart tipli əhali sayğacı, 48-i isə smart-kart tipli kommersiya sayğacı olub.

Seçilən
36
2
sia.az

3Mənbələr