AZ

İsveç "Patriot" raketlərin sayını artırmaq üçün 450 milyon dollar ayıracaq

İsveç “Patriot” zenit-raket kompleksinin sayını artırmaq üçün 450 milyon dollar ayırmaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson TV4 telekanalına müsahibəsində bildirib.

"Bu gün İsveçin digər ölkələrlə birlikdə 1 mindən çox “Patriot” raketi almağa qərar verdiyini bildirə bilərik", - deyə o bildirib.

Ümumilikdə İsveç də daxil olmaqla Avropa ölkələri "Patriot" hava hücumundan müdafiə sisteminə təxminən 5,5 milyard dollar xərcləyəcək.

Seçilən
36
operativmm.az

1Mənbələr