İsveç “Patriot” zenit-raket kompleksinin sayını artırmaq üçün 450 milyon dollar ayırmaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson TV4 telekanalına müsahibəsində bildirib.
"Bu gün İsveçin digər ölkələrlə birlikdə 1 mindən çox “Patriot” raketi almağa qərar verdiyini bildirə bilərik", - deyə o bildirib.
Ümumilikdə İsveç də daxil olmaqla Avropa ölkələri "Patriot" hava hücumundan müdafiə sisteminə təxminən 5,5 milyard dollar xərcləyəcək.