AZ

Tramp Azərbaycanın “qara siyahı”sına düşən qadını Kəşfiyyat İdarəsinin rəhbərliyinə GƏTİRİR

Tramp Azərbaycanın “qara siyahı”sına düşən qadını Kəşfiyyat İdarəsinin rəhbərliyinə GƏTİRİR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin edəcək.

Trampın bu haqda açıqlaması ölkədə birmənalı qarşılanmayıb. İraq müharibəsinin veteranı və istefada olan podpolkovnik Tulsi Qabbard Ukrayna müharibəsi ilə bağlı əks mövqeyi və Rusiyaya loyal münasibətilə tanınır. O, eyni zamanda ABŞ-dakı erməni lobbisi ilə də yaxın əlaqələrə malikdir.

Modern.az-ın məlumatına görə, Trampın Tulsi Qabbardla bağlı açıqlaması erməni dairələrini sevindirib. Ermənistan KİV-ləri onun təyinatı barədə xəbəri rəğbətlə tirajlayıblar.

Tulsi Qabbard 2017-ci ildə o vaxt işğal altında olan Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına da salınıb və arzuolunmaz şəxs elan edilib.

 

Seçilən
78
13
modern.az

10Mənbələr