AZ

“Xaliq Faiqoğlu” Bakıya yeni elektrik avtobusları gətirdi

Bakı şəhərində ictimai nəqliyyat sahəsində bir çox ilklərə imza atmış “Xaliq Faiqoğlu” şirkəti müasir tələblərə cavab verən elektrik avtobuslarının alınaraq sərnişinlərin xidmətinə verilməsi layihəsini icra edir.

"Qafqazinfo" xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təşəbbüslərdə daim yer alan şirkətin “PAŞA Bank”la birgə həyata keçirdiyi layihə çərçivəsində istismara qəbul edilməsi nəzərdə tutulan 50 elektrik avtobusun ilkin hissəsi artıq paytaxtımıza gətirilib.

Çinin “Golden Dragon” şirkətinin istehsalı olan bu avtobusların yaxın günlərdə müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi tədbirlərdə və çağırışlarda daim yer alan “Xaliq Faiqoğlu” şirkəti ölkəmizdə ən böyük özəl daşıyıcıdır. Şirkət daha əvvəl “PAŞA Bank”ın dəstəyi ilə ekoloji təmiz CNG növlü elektrik mühərrikli avtobusları da sərnişinlərin ixtiyarına verib.

Yeni alınmış 100 faiz elektrikli bu avtobusların hər biri isə gün ərzində 300 kilometrdən artıq yol qət edə bilmə imkanına sahibdir. Müasir texnoloji yeniliklərin tətbiq edildiyi nəqliyyat vasitələrində sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə avadanlıqlar quraşdırılıb.







Seçilən
116
5
qafqazinfo.az

6Mənbələr