AZ

Uzodinma Adiryexe: "Yerli əhali olmadan iqlim nəzarətinə nail olmaq mümkün deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İllər boyu ətraf mühitin qorunmasında kömək göstərdiyim mədəniyyətlər artıq məhv olub".
Oxu.Az xəbər verir ki, bu sözləri Nigeriya Qiymətləndiricilər Assosiasiyasının (NAE) Milli Prezidenti Uzodinma Adiryexe müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə keçirilən etiraz aksiyasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yerli xalqlar olmadan əhalinin rifahı üçün tərəfdaş olmaq mümkün deyil:
"Dünyada təxminin 8 milyard insan var. Yerli xalqlar isə Afrikadan Amerikaya, Asiyaya, Avropadan, Sakit Okeandan Karib dənizinə qədər olanlar bunun bir hissəsidir. Elə yerli xalqlar var ki, onların hüquq və imtiyazları hər gün tapdalanır. Onlardan bəziləri təbii mühitlərdən uzaqlaşdırılıb, əlçatan, dayanıqlı alternativlər ilə təmin edilməyib. Buna görə də yerli xalqların qayğıya ehtiyacı var.
Mədəniyyətə, sivilizasiyaya qarşı təhqirlər səbəbindən insanlar, illər boyu ətraf mühitin qorunmasında kömək etdiyimiz mədəniyyətlər məhv edilib. Yerli əhali olmadan iqlim nəzarətinə nail olmaq mümkün deyil. Onların təklif və təmin edəcəkləri çox şey var. İnsanlar dünya iqlim nəzarətinə nail olmaq üçün göstərdiyimiz səylərə diqqət yetirmədikcə inkişaf yoluna düşməyəcəklər. BMT və ayrı-ayrı şəxslərin yerli xalqın rifahı üçün səy göstərməsi həyatımız üçün önəmlidir".
Aygün Mirakif
Seçilən
22
50
oxu.az

10Mənbələr