AZ

Çin Ayda tikinti inşa edəcək

Çin yerli torpaqdan hazırlanmış kərpicdən Ayda tikili inşa etməyi yoxlamaq üçün kosmosa eksperiment göndərəcək. Bu təcrübə Çinin 2035-ci ilə qədər Ayda daimi baza yaratmaq proqramının bir hissəsidir. Bu məqsədlə Ay torpağına oxşar tərkibə malik materiallardan hazırlanmış kərpic nümunələri kosmosa göndəriləcək.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat Çinin "Tiangong" kosmik stansiyasında aparılacaq və bu cür tikinti materiallarının Ayda kosmik radiasiya, böyük temperatur dəyişiklikləri və ay zəlzələləri kimi ekstremal şəraitə necə tab gətirə biləcəyini qiymətləndirmək məqsədi daşıyır.

Kərpic prototipləri hazırlayan Vuhan Universitetinin alimləri Ay torpağını təqlid etmək üçün bazalt kimi materiallardan istifadə edirlər. Təcrübə üç il davam edəcək və nümunələr hər il analiz üçün geri qaytarılacaq. Belə kərpiclərin adi kərpiclərdən üç dəfə güclü olacağı gözlənilir və onların birbaşa Ayda istehsalı tikinti xərclərini əhəmiyyətli dərəcədə azaldacaq.

Çin alimləri kərpic hazırlamaqla yanaşı, ayda tikinti üçün konus formalı strukturlar yarada bilən robotlaşdırılmış 3D printerlər üzərində də işləyirlər.

Sevinc İBRAHİMZADƏ

Seçilən
33
1
redaktor.az

2Mənbələr