İsrailin oktyabrın sonunda İranın nüvə silahı tədqiqat obyektini məhv etdiyi iddia edilir.
Azpost.info xəbər verir ki, bu barədə “Axios” ABŞ və İsrail rəsmilərinə istinadən yazıb.
Onların sözlərinə görə, obyekt Parçında yerləşirdi və ehtimal ki, fəaliyyətdə idi. Mənbələrin məlumatına görə, İsrailin zərbəsi nəticəsində bu obyektdəki avadanlıqlar sıradan çıxıb.
İddialara görə, İsrail İranın imkanlarını “əsaslı şəkildə sarsıdıb.
Oktyabr ayında “Axios” İsrailin İrana zərbələri nəticəsində İranın ballistik raket proqramının mühüm komponentinin sıradan çıxaraldığını bildirmişdi.
Azpost.info