AZ

Əlcəzairdən terrorizmlə mübarizə üçün yeni tələb

Bakı, TurkicWorld

Karbon idarəçiliyi qlobal istiləşmə ilə mübarizənin və planetin temperaturunu 1,5 dərəcə səviyyəsində saxlamağın açarıdır.

TurkicWorld xəbər verir ki, bunu Kanadanın iqlim dəyişikliyi məsələləri üzrə səfiri Ketrin Stüart COP29 çərçivəsində Karbon Emissiyalarının İdarə Edilməsi üzrə Nazirlər Konfransında çıxışı zamanı bildirib.

"Kanada karbon idarəetmə texnologiyaları sahəsində aparıcı şirkətlərin mərkəzi olmaqla yanaşı, dünyada fəaliyyət göstərən kommersiya karbon idarəetmə layihələrinin altıda birinə ev sahibliyi edir. Həmçinin, bir çox yeni təşəbbüslər üzərində işləyirik", – deyə o qeyd edib.

Səfirin sözlərinə görə, Kanada karbon layihələrinin həyata keçirilməsi üçün əsas stimulları əhatə edən güclü normativ-hüquqi bazaya malikdir. Bunlara karbon qiyməti, karbonun tutulması və istifadəsi texnologiyalarına (CCU) yatırılan investisiyalara görə vergi kreditləri (2030-cu ilə qədər 7 milyard dollar dəyərində qiymətləndirilir) və 15 milyard dollarlıq Kanada Artım Fondu kimi strateji investisiyalar daxildir.

Ketrin Stüart karbon qazının çıxarılması texnologiyalarına yönəlmiş siyasət tədbirlərinin artdığını vurğulayıb.

Bunlara karbonun birbaşa tutulması və saxlanması üçün protokolların hazırlanması daxildir. Həmçinin, Kanada hökuməti 2030-cu ilə qədər karbon qazının çıxarılması xidmətlərinin ən azı 10 milyon ABŞ dolları dəyərində satın alınmasını öhdəsinə götürüb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Karbon idarəçiliyi qlobal istiləşmə ilə mübarizənin və planetin temperaturunu 1,5 dərəcə səviyyəsində saxlamağın açarıdır.

Trend xəbər verir ki, bunu Kanadanın iqlim dəyişikliyi məsələləri üzrə səfiri Ketrin Stüart COP29 çərçivəsində Karbon Emissiyalarının İdarə Edilməsi üzrə Nazirlər Konfransında çıxışı zamanı bildirib.

"Kanada karbon idarəetmə texnologiyaları sahəsində aparıcı şirkətlərin mərkəzi olmaqla yanaşı, dünyada fəaliyyət göstərən kommersiya karbon idarəetmə layihələrinin altıda birinə ev sahibliyi edir. Həmçinin bir çox yeni təşəbbüslər üzərində işləyirik", – deyə o qeyd edib.

Səfirin sözlərinə görə, Kanada karbon layihələrinin həyata keçirilməsi üçün əsas stimulları əhatə edən güclü normativ-hüquqi bazaya malikdir. Bunlara karbon qiyməti, karbonun tutulması və istifadəsi texnologiyalarına (CCU) yatırılan investisiyalara görə vergi kreditləri (2030-cu ilə qədər 7 milyard dollar dəyərində qiymətləndirilir) və 15 milyard dollarlıq Kanada Artım Fondu kimi strateji investisiyalar daxildir.

Ketrin Stüart, karbon qazının çıxarılması texnologiyalarına yönəlmiş siyasət tədbirlərinin artdığını vurğulayıb.

Bunlara karbonun birbaşa tutulması və saxlanması üçün protokolların hazırlanması daxildir. Həmçinin, Kanada hökuməti 2030-cu ilə qədər karbon qazının çıxarılması xidmətlərinin ən azı 10 milyon ABŞ dolları dəyərində satın alınmasını öhdəsinə götürüb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
16
turkic.world

1Mənbələr