AZ

Azərbaycanın xalçaçılıq sənətini əcnəbilərə tanıdan Sevinc Səfərova - VİDEO

Sevinc Səfərova 5 yaşından bəri xalçaçılıqla məşğuldur. O, COP29 konfransında yaşıl zonada əcnəbilərə Azərbaycanın xalçaçılıq sənətini tanıdır. 

Bu barədə o, Bizim.Media-ya danışıb: 

"Konfrans iştirakçılarının xalçaya marağı böyükdür. Onlar bu sənətə sehirli bir iş kimi heyranlıqla baxırlar.

Çünki çoxu elə düşünür ki, bu sənət köhnədir və artıq sıradan çıxıb. Eşidəndə ki, demək olar bizdə hər evdə ipək əl işi xalça var, təəccüblənirlər. Hətta turistlər ilmək atmaq istəyirlər, mən də onlara kömək edirəm. Demək olar ki, hər əcnəbi qonağın iki ilməsi var bu xalçada..."


Nuray, Bizim.Media

Seçilən
108
45
bizim.media

10Mənbələr