Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdəsəfərdə olan Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıqnaziri Rania Al-Maşatla görüşüb.
Görüşdə iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığıngenişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Misirtərəfinin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələlərimüzakirə olunub.
Həmçinin Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi,texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsindənövbəti addımlar, o cümlədən biznes dairələri arasında əməkdaşlığadair fikir mübadiləsi aparılıb.