AZ

Aİ Meta şirkətini 797 milyon avro cərimələdi

Avropa İttifaqı Komissiyası “Facebook” və “Instagram” sosial media platformalarının sahibi Meta şirkətini 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb. Metbuat.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası Meta şirkətinin birliyin antiinhisar qaydalarını pozduğunu irəli sürüb. Avropa İttifaqı Komissiyası tərəfindən aparılan araşdırmada, Meta-nın şəxsi sosial şəbəkələrdə və Avropa İqtisadi Bölgəsində sahib olduğu sosial mediadakı onlayn reklam bazarında hakim mövqeyindən sui-istifadə etdiyi müəyyən edilib. Açıqlamada, istifadəçilərin istəsə də istəməsə də müntəzəm olaraq “Facebook Marketplace”ə məruz qaldığına diqqət çəkilib.

Meta-nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmasından çəkinməsi qərara alınıb.

Seçilən
47
metbuat.az

1Mənbələr