AZ

Ər-arvadı öldürüb evlərini yandıran şəxslə bağlı qərar verilib

Məhkəmə Xaçmaz rayonunun Yalama kəndində ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovla bağlı qərar verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçilərinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkillər apellyasiya şikayətində Ramin Ağaxanovun Cinayət Məcəlləsinin 187.2 və 122.2-ci (Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.

Qərara əsasən, şikayət təmin olunmayıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da sözügedən rayonda baş verib. İttihama görə, 1996-cı il təvəllüdlü Ramin Ağaxanov zərərçəkmiş şəxslərə olan pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək bıçaqla xəsarətlər yetirib.

Daha sonra onları qətlə yetirdikdən sonra cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi yandırmaqda təqsirli bilinib.

İstintaq zamanı tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, habelə çoxsaylı şahidlər dindirilib.

O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramin Ağaxanov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11 (başqa cinayətin törədilməsini yüngülləşdirmək və quldurluqla əlaqədar, tamah məqsədi və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Seçilən
30
5
avtosfer.az

6Mənbələr