AZ

Berdiməhəmmədov Nazirlər Kabineti sədrinin müavini

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov ticarət kompleksinə, tekstil sənayesinə və özəl sektora nəzarət edən Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevi vəzifəsindən azad edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Məlumata görə, Atdayev ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmədiyi üçün tutduğu vəzifədən azad edilib.

Əvvəllər Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri vəzifəsini tutan Nökərqulu Ataquliyev baş nazirin bu sahələrə cavabdeh olan yeni müavini olub.

Ona altı ay sınaq müddəti verilib.

Seçilən
52
1
ucnoqta.az

2Mənbələr