AZ

Kasko sığortası ucuzlaşa bilər - rəqəm açıqlandı

Kasko sığortaya maraq kəskin artıb. Buna səbəb ölkənin avtomobil parkının yenilənməsidir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, kasko sığortaya marağın kəskin artması sığorta haqqını ucuzlaşdıra bilər.

Ekspertlər deyirlər ki, artıq yeni avtomobil sahibi olan sürücülər zərərin qarşılanması üçün kasko sığortaya daha çox üz tuturlar.

Sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığortaya marağın artması onun qiymətinə də təsir edə bilər. Qarşıdakı illərdə avtomobil parkı tam yeniləndikcə kasko sığorta haqlarının da ucuzlaşması gözləniləndir.

Qeyd edək ki, hazırda kasko sığorta haqqı avtomobilin dəyərinin 2.5 - 3.5 faizi nisbətində hesablanır. Lakin kasko sığortaya marağın artması qiymətə təsir etdikdən sonra, bu rəqəmlərin 1- 1.5 faiz düşməsi gözlənilir.

Seçilən
24
23
musavat.com

10Mənbələr