AZ

Mayk Taysondan açıqlama: Özümə göstərmək istəyirdim ki...

58 yaşlı boksçu Mayk Tayson Arlinqtonda baş tutan döyüşdə bloger Ceyk Paula uduzduqdan sonra açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.

Məlumata görə, o, revanş görüşü ilə bağlı fikirlərini bölüşüb.

“Özümdən başqa heç kimə sübut edəcək heç nəyim yoxdur. Özümə göstərmək istəyirdim ki, hələ də bacarıram. Səhhətimdə problemlər olub, amma bəhanə axtarmıram. Paula gəlincə, o, yaxşı döyüşçüdür, çətin döyüş idi. İntiqam? Vəziyyətdən asılı olacaq. Düşünmürəm ki, bu, mənim son döyüşüm idi”, - deyə Tayson bildirib.

Qeyd edək ki, mübarizə qaydalarda nəzərdə tutulmuş səkkiz raundun hamısında davam edib və Paulun 80-72, 79-73, 79-73 hesablı qələbəsi ilə başa çatıb. 

Mina Mikayılova

Seçilən
50
bakivaxti.az

1Mənbələr