AZ

Spiker: "Azərbaycan su qıtlığı, Xəzər dənizinin səviyyəsinin azalması və daşqınlarla üzləşib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Son onilliklər Azərbaycan su qıtlığı, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və daşqınlarla üzləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ COP29-a sədr olmamışdan əvvəl bu problemlərə görə üzərinə öhdəliklər götürüb. Azərbaycan bərpa olunan enerji mənbələrinə keçid, yaşıl enerji zonaları yaratmaqla mövqeyini ortaya qoyub, qətiyyət nümayiş etdirib".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə deyib.
"Azərbaycan bütün icmaları ortaq bir iş ətrafında birləşdirir. Təəssüf ki, buna baxmayaraq, bu hazırlıqlar zamanı bəzi dövlətlər və media orqanları tərəfindən qarayaxma kampaniyaları ilə üzləşdik. Bu kampaniyaya parlament və parlamentlərarası təşkilatlar da alət olub, acınacaqlı rol oynayıblar. Onlar dialoqun gücünü unudublar, lakin iqlim dəyişikliyi məsələsi dar maraqlar üçün siyasi motivli platforma ola bilməz. COP29 uğurla başlayıb və fəaliyyətini davam etdirir", - deyə spiker əlavə edib.
Mərahim Nəsib
Seçilən
36
50
oxu.az

10Mənbələr