AZ

COP29 çərçivəsində keçirilən Parlament görüşünə 300-dən çox parlament üzvü qatılıb

COP29 çərçivəsində keçirilən Parlament görüşünə 300-dən çox parlament üzvü qatılıb.

"Operativ Media" xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Akson COP29 çərçivəsində IPU və Azərbaycan Milli Məclisi tərəfindən birgə təşkil edilən Parlament görüşündə deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

“Mənim üçün Parlamentlərarası İttifaqın prezidenti olaraq qarşınızda çıxış etmək böyük şərəf və məsuliyyətdir. Bu təşkilat parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, demokratik dəyərlərin qorunması və müasir dövrün mühüm çağırışlarının həlli üçün qlobal bir platformadır.

Xüsusilə ilhamverici olan məqam odur ki, bu görüşə 300-dən çox parlament üzvü qeydiyyatdan keçib. Bu, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ümumi öhdəliyimizin aydın təsdiqidir. Bu tədbir iqlim böhranının həlli üçün birgə parlament səylərinin və aktiv iştirakın gücünü nümayiş etdirir, dünyanın hər yerindən səsləri bir araya gətirərək, həll yollarını tapmağa çalışır”, - deyə T.Akson bildirib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Seçilən
5
3
operativmedia.az

3Mənbələr