AZ

Bir amerikalı ay ərzində bir azərbaycanlıdan 8 dəfə çox pul xərcləyir - RƏQƏMLƏR

ABŞ-də pərakəndə ticarət dövriyyəsi oktyabrda aylıq müqayisədə 0,4 faiz artıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Amerikada yaşayan insanlar pərakəndə ticarət şəbəkələrində bir ayda 718,9 milyard dollar xərcləyiblər. Bir amerikalının oktyabrda xərclədiyi vəsait 2 146 dollar (3650 manat) olub. 


Amerikalılar oktyabrda elektronika və məişət texnikası mağazalarında, avtomobillərin və hissələrin satıldığı mağazalarda, qida və içki xidmətlərinin göstərildiyi yerlərdə, tikinti materialları və bağ avadanlıqlarının satıldığı mağazalarda və yanacaqdoldurma məntəqələrində daha çox pul xərcləyiblər. 


Müqayisə üçün bildirək ki, Azərbaycanda bir nəfərin ticarət şəbəkələrində ayda xərclədiyi vəsait 465 manatdır. Bir amerikalı ay ərzində bir azərbaycanlıdan 8 dəfə çox pul xərcləyir. 


Vasif

Seçilən
34
sfera.az

1Mənbələr