AZ

Gürcüstanın hakim partiyası parlament seçkilərində rəsmən qalib elan olunub

MSK: Gürcüstanın hakim partiyası 53,93% səslə parlament seçkilərində qalib gəlib...

Parlament seçkilərində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93 faiz səslə qalib gəlib.

Poliqon xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Giorgi Cavaxişvili məlumat verib.

Belə ki, “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası parlamentdəki 150 yerdən 89-unu, “Dəyişiklik Koalisiyası” 11,03% səslə 19 yer, “Birlik – Milli Hərəkat” 10,17% səslə 16 mandat, “Güclü Gürcüstan” 8,81% səslə 14 mandat qazanıb. “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,78% səslə 12 mandat əldə edib.

Həmçinin şənbə günü, noyabrın 16-da Gürcüstan Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası başlayıb. Tbilisidə keçirilən nümayişə müxalifət nümayəndələri və fəallar gəlib. Mərkəzi Seçki Komissiyasına girişlər polis tərəfindən bağlanıb.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr