AZ

Erməni ordusu ilə bağlı yeni qərar: ABŞ-a verildi

2023-cü ildə Ermənistan ordusunun yeni geyim formasına keçəcəyi rəsmən elan edilmişdi. Müdafiə naziri Suren Papikyan 2024-cü ildə ordunun yeni formalara sahib olacağını açıqlamışdı, amma indiyədək heç bir iş görülməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Papikyan parlamentin Müdafiə Komitəsinin oktyabrın 31-də keçirilən iclasında bildirib ki, Təhlükəsizlik Şurası ordu geyimləri ilə bağlı müqavilənin imzalanması təklifini təsdiqləyib və yaxın vaxtlarda imzalanacaq. Nazir erməni ordusunun 2025-ci ildə yeni formaya keçəcəyini vurğulayıb.

“Bu arada, əldə etdiyimiz məlumata görə, büdcə layihəsinin məxfi müzakirələri zamanı müdafiə sektoru belə qənaətə gəlib ki, yeni forma ən yaxşı halda 2026-cı ildə olacaq, çünki yerli istehsalçılar geyimlərin tikilməsi ilə bağlı öhdəlik götürmək istəməyiblər və heç kim tenderlərdə iştirak etməyib. Nəticədə ABŞ şirkəti müsabiqənin qalibi olub.

Müdafiə Nazirliyindən sorğumuza cavab olaraq hansı şirkətin seçildiyini açıqlamayıblar. Bizim məlumatımıza görə, ordunun zabit geyimlərinin bəzi məmulatları ABŞ-ın “5.11” şirkətindən alınıb və elə o da paltarları tikəcək”, - nəşr qeyd edir.

“Hraparak” yeni formaların NATO üslubunda olacağını bildirir. Ermənistan ordusunun forması sonuncu dəfə təxminən 15 il əvvəl dəyişdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
17
1
teleqraf.com

2Mənbələr