AZ

Gürcüstanda seçkilərin yekun nəticələri AÇIQLANDI » AzadMedia.az


Hakim “Gürcü Arzusu” partiyası seçkilərin yekun nəticələrinə görə, on birinci çağırış Gürcüstan parlamentində 150 ​​yerdən 89-unu qazanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 16-da keçirdiyi iclasda 26 oktyabr tarixli parlament seçkilərinə yekun vurub.
Seçkilərin nəticələrinə əsasən, parlamemtdəki 150 yer aşağıdakı kimi bölüşdürülüb:

“Gürcü Arzusu” – 89 yer;
"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Beləliklə, Gürcüstanın hakim partiyası rekord qıraraq, seçicilərin təxminən 54%-nin dəstəyini alıb və  seçkilərin nəticələrinə görə dördüncü dəfə hakimiyyəti qoruyub saxlaya bilib.

Müxalifət seçkilərdə total saxtakarlıq olduğunu iddia edərək, “Gürcü arzusu”nun qələbəsini tanımaqdan imtina edir. Müxalifət bildirir ki, seçkiqabağı dövrdə və seçki günü seçicilərə təzyiqlər olub. Eyni zamanda, seçkilərin elektron texnologiyalarla keçirildiyi məntəqələrin 2/3-də kütləvi saxtalaşdırma baş verib.
Seçilən
18
3
azadmedia.az

4Mənbələr