AZ

Abxaziyada müxalifət əhalini küçələrə çağırdı - qondarma prezident isə Suxumidən qaçdı

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Abxaziyada müxalifət vətəndaşları şənbə günü mitinqə çıxmağa çağırıb. Onlar kütləvi etirazlardan sonra doğma Tamış kəndinə getmiş prezident Aslan Bjaniyanın istefasını tələb edirlər. 

Xəbər verdiyimiz kimi,  dünən Abxaziyada müxalifət təmsilçiləri separatçı rejimin qondarma parlament, Nazirlər Kabineti, prezident administrasiyası binalarını nəzarət altına almışdılar. Regionda qondarma Abxaziya parlamentinin Rusiya ilə investisiya layihələri reallaşdırılması sazişinin ratifikasiyası ilə bağlı aksiyalar keçirilir.

Bu gün saat 14.00-da Abxaziyada parlament binasının qarşısında növbəti mitinq keçiriləcək.

Hürr Tərcüman

 

Seçilən
8
1
hurriyyet.az

2Mənbələr