AZ

Kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirinə daha çox məruz qalırlar- ÖZƏL

"Bakıda COP29-un Liderlər Sammiti, qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya liderlərinin bir araya gəldiyi mühüm tədbirlərdən biridir. Sammitin məqsədi, iqlim dəyişikliyinin təsirlərini azaltmaq, bərpa olunan enerji mənbələrini inkişaf etdirmək, karbon emissiyalarını azaltmaq və ekoloji dayanıqlı inkişafın təşviqinə yönəlik qlobal əməkdaşlığı gücləndirməkdir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: 
"Sammitdə, enerji keçidinin sürətləndirilməsi, fosil yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçid və bunun üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Xüsusilə, kiçik ada dövlətlərinin iqlim dəyişikliyindən daha çox təsirləndiyi və onların yaşadığı təbii fəlakətlərə qarşı tədbirlər görülməsi məsələləri ön planda olub. Burada əsas müzakirə mövzularından biri də yaşıl enerji və bərpa olunan enerji mənbələrinin inkişafı olub. Dünyanın müxtəlif regionlarından liderlər, bu sahədəki təcrübələrini bölüşərək, karbon azaldılması və ekoloji dayanıqlılığı artırma istiqamətində yeni addımların atılmasını vurğulayıblar. İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi tədbirlərinin həyata keçirilməsi üçün dəstək verilməsi məsələləri də müzakirə edilib. Xüsusilə, yaşıl investisiyaların təşviqi və enerji infrastrukturunun inkişafı üçün lazımi maliyyə resurslarının təmin edilməsi önə çıxıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr